“2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir

see this site Mayın 13-15-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresi keçiriləcəkdir.

their explanation Mayın 12-də “Gülüstan” sarayında bununla bağlı mətbuat konfransı keçirilmişdir.

http://19dentalclinic.com/mobile-slide-1 AZƏRTAC xəbər verir ki, AÜDCC-nin sədri Kamran Musayev bildirmişdir ki, belə tədbirlərin ölkəmizdə reallaşması Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticələridir. Belə ki, respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz ümummilli liderimizin şəxsi təşəbbüsü əsasında sürətli inkişaf yoluna qədəm qoymuşdur.

hop over to this website K.Musayev məlumat vermişdir ki, konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 25 ölkəsindən 250-yə yaxın xarici kardioloq və kardiocərrah iştirak edəcəkdir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

retamar ligar chicas AÜDCC-nin sədr müavini Firdovsi İbrahimov bildirmişdir ki, hazırda dünyada ölüm halları 50 faizdən çoxu ürək-damar xəstəlikləri ilə əlaqədardır. Azərbaycanda kardiologiya sahəsinə xüsusi diqqət vardır. Artıq ürək-damar xəstəliyindən dünyasını dəyişən insanların sayı azalmaqdadır. Azərbaycanda səhiyyə sahəsində çox böyük inkişaf müşahidə və biz xarici mütəxəssislərlə də tez-tez müzakirələr apararaq bu sahənin daha da inkişaf etdirilməsinə çalışırıq. Konqresdə kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaqdır.

more Xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların gedişi tədbirdə canlı yayımlanacaqdır.

http://formspa.it/4856-dtit44060-incontro-sempre-persone-sbagliate.html Qeyd olunmuşdur ki, bu konqresə hazırlıq 6 ay bundan öncə başlamış, tədbirin saytı istifadəyə verilmiş, iştirakçıların elektron qeydiyyatı aparılmışdır. Eyni zamanda, ilk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilmişdir.

see page