Şərtlər və Qaydalar
1. Bütün məqalələr kongresin İnternet səhifəsindən təqdim edilməlidir.
2. Bütün məqalələr Azərbaycan və ya ingilis dilində çap olunmalıdır və 300 söz ilə məhdudlaşan PDF faylı ilə birlikdə Microsoft Word formasında təqdim olunmalıdır.
3. Məqalələr MƏQSƏD, ÜSULLAR, NƏTİCƏLƏR və YEKUNLAR adlanan dörd paraqrafdan ibarət olmalıdır.
4. Mətndə və başlıqda qısaltmalar olmamalıdır (geniş surətdə işlədilənlərdən başqa, məsələn, LVEF, CABG, VSD, ASD və sairə). Problem və araşdırmanın məqsədi (OBJECTIVE); araşdırmanın necə həyata keçirildiyi (METHODS); kəmiyyət məlumatı və statistik əhəmiyyəti ilə birlikdə əsas nəticələr (RESULTS); və araşdırmadan əldə edilən əsas yekunlar (CONCLUSIONS) yığcam surətdə təsvir olunmalıdır.
5. Məqalənin başlığı BAŞ HƏRFLƏRLƏ çap olunmalıdır; Müəllif(lər)in ad(lar)ından öncə onların inisialları qoyulmalıdır (vəzifələri qeyd olunmadan). Müəlliflərin sayı səkkizdən çox olmamalıdır.
6. Cədvəl və ya şəkil daxil edildikdə, faylın ölçüsü iki meqabaytdan çox olmamalıdır. Ancaq iki cədvəl/şəkil daxil etmək olar.
7. Məqalə İnternetlə təqdim edildikdən sonra, məqalənin alındığı barədə təşəkkür məktubu qeydiyyatdan keçmiş şəxsə, təqdim edən müəllifə və müvafiq müəllifə avtomatik surətdə göndəriləcəkdir.
8. Məqaləni təqdim etdikdən sonra, təqdim edən müəlliflər öz CV-lərini də göndərə bilərlər.
9. Məqalənin Elmi Komitə tərəfindən qəbul edilməsi barədə təsdiq etmə məktubu 30 aprel 2025-ci ilə qədər müəllifə göndəriləcəkdir. Təsdiq etmə məktubu ANCAQ məqalələri qəbul olunmuş müəlliflərin göstərdikləri elektron poçta ünvanına göndəriləcəkdir və onların adları kongresin İnternet səhifəsində elan olunacaqdır.
Şərtləri qəbul etdiyinizdən əmin olun.